
Azərbaycan, İran və Türkiyə sərhəd mühafizə rəhbərlərinin görüşü keçiriləcək
Azərbaycan, İran və Türkiyə sərhəd mühafizə qurumlarının rəhbərlərinin görüşü planlaşdırılır.
“AzeriDefence”nin məlumatına görə, bunu İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rezayi bildirib.
Qasım Rezayinin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Tehrana səfəri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
“İkitərəfli və üçtərəfli görüşlərdə regionda münasibətlərin inkişafına təsir göstərən məsələlər müzakirə olunacaq”, deyə Qasım Rezayi bildirib.
KATEQORIYA: Xəbərlər