Azərbaycan İsraildən “StormRider” zirehli maşınları alıb

Azərbaycan İsraildən “StormRider” zirehli maşınları alıb

Azərbaycan İsrailin “Plasan” şirkətindən “SandCat” zirehli avtomobilinin “StormRider” adlı yeni modifikasiyasını alıb.

“AzeriDefence”nin eksklüziv məlumatına görə, yeni maşın üzərində bir ədəd 12.7 mm çaplı NSVT pulemyotu və bir ədəd avtomatik qumbaraatan qurğusu yerləşdirilmiş döyüş modulu ilə silahlandırılıb.

“SandCat” zirehli maşın xəttinin yeni nümunəsi olan 4×4 təkər formuluna malik “StormRider” zirehli maşını 10 nəfər daşıyır.

Müstəqil asqı sisteminə sahib olan zirehli maşınnın minaya qarşı qoruması STANAG 2a/2b standartının tələblərinə uyğundur.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun silahlanmasına “SandCat”ın müxtəlif variantları daxildir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş