Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

Dekabrın 2-də Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İranın Azərbaycandakı səfirliyini ziyarət edib.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri cənab Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycanın Müdafiə Nazirliyi adından İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş