Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Federal Müdafiə naziri Pervez Xattaka və Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya hərbi helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb.

“Azeri Defence” xəbər verir ki, başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

KATEQORIYA:
Bu xəbəri paylaş