Azərbaycan Müdafiə Nazirliyinin rəsmisindən Ermənistana Metsamor AES xəbərdarlığı

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisindən Ermənistana Metsamor AES xəbərdarlığı

Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir.

“Azeri Defence”nin məlumatına görə, Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Nazirlik rəsmisi Ermənistanı bu ölkədə yerləşən Metsamor atom elektrik stansiyasını (AES) vurmaqla təhdid edib: “Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.

Qeyd edək ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın Metsamor AES-nin vurula biləcəyi barədə ilk xəbərdarlığıdır. İndiyədək analoji açıqlamalar adətən hərbi ekspertlərin dilindən səsləndirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş