Azərbaycan Ordusu cəbhə xəttində gecə təlimləri keçirib

Azərbaycan Ordusu cəbhə xəttində gecə təlimləri keçirib

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş