
Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Tərtərin bir sıra yaşayış məntəqələrini də azad etdi
Uğurlu əks-hücum əməliyyatları keçirən Azərbaycan Ordusu Füzuli, Tərtər və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrini azad edib.
Azeri Defence saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyev sosial media hesabında yazıb.
“Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!”
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet