Azərbaycan Ordusuna Yardım Fondu yaradıldı

Azərbaycan Ordusuna Yardım Fondu yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Bu barədə “Azeri Defence” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Fərmana əsasən Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb, “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib.

Nazirlər Kabinetinə Azərbaycanın Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etməsi tapşırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş