Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitindən bu istiqamətlərdə istifadə olunacaq

Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitindən bu istiqamətlərdə istifadə olunacaq

Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitindən istifadənin istiqamətləri müəyyənləşib.

“Azeri Defence”nin məlumatına görə, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnaməyə əsasən, Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:

–  Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;

–  hərbi texnika, silah və sursatın alınması;

– hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;

– hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;

– hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;

– peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.

Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

Müdafiə Nazirliyi Fondun vəsaitindən istifadəyə dair yarımillik və illik hesabatları Azərbaycanın Prezidentinə təqdim edir.

KATEQORIYA:
Bu xəbəri paylaş