Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub

Xəbər verildiyi kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçu əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

KATEQORIYA:
Bu xəbəri paylaş