Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir – VİDEO

Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir – VİDEO

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

Bu barədə “Azeri Defence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.

KATEQORIYA:
Bu xəbəri paylaş