Azərbaycan Ordusunun tank bölmələri döyüş atışları keçirib

Azərbaycan Ordusunun tank bölmələri döyüş atışları keçirib

2020-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlığı yoxlanılır, gündüz və gecə vaxtı hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları icra olunur.

Bundan əlavə, şəxsi heyət döyüş maşınlarının idarə olunması üzrə praktiki təlim tapşırıqlarını icra edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş