Azərbaycan-Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək – EKSKLÜZİV

Azərbaycan-Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək – EKSKLÜZİV

Bu il Azərbaycan və Pakistan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.  İkitərəfli təlimlər növbə ilə Azərbaycanda və Pakistanda keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə Pakistan  hərbçiləri Azərbaycanda “TurAz-Qartalı-2019” Azərbaycan-Türkiyə və “Qafqaz Qartalı-2019” Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimində müşahidəçi qismində iştirak ediblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş