Azərbaycan Prezidenti: Bu gün biz işğal altındakı digər rayonların azad edilməsinin aktiv mərhələsindəyik

Azərbaycan Prezidenti: Bu gün biz işğal altındakı digər rayonların azad edilməsinin aktiv mərhələsindəyik

Azərbaycan Ordusu cəbhədə üstünlüyə malikdir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir.

Azeri Defence” saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyev ə İspaniyanın EFE agentliyinə verdiyi müsahibədə cəbhədəki vəziyyətdən danışarkən bildirib.

Dövlət başçısı deyib: “Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik”.

Prezident qeyd edib ki, işğal edilmiş rayonlardan faktiki olaraq 4-ü ya tamamilə, ya da qismən azad edilib. “Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş