
Azərbaycan Prezidenti Xocavənd rayonunun daha bir neçə yaşayış məntəqəsinin işğaldan azad edildiyini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun daha bir neçə yaşayış məntəqəsinin işğaldan azad edildiyini açıqlayıb.
Azeri Defence saytının məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev rəsmi sosial media hesabında paylaşım edib.
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, – deyə paylaşımda bildirilib.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet