Azərbaycan Prezidenti: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”

Azərbaycan Prezidenti: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”

Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa, biz hərbi yollarla bu məsələni həll edəcəyik.

“Azeri Defence” məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zəfər paradı”nda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyaya və müqəddəs Qurana əl basıb and içib ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 30 ilə yaxın işğal altında yaşayıb: “90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur. Əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlanmışdır. O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu.

Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımı törətmişdir. Ondan sonra Şuşa şəhərinin 1992-ci ilin may ayında və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 93-cü ili aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı. Və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu”.

KATEQORIYA:
Bu xəbəri paylaş