Azərbaycan Rusiyadan yeni helikopterlər almağı planlaşdırır

Azərbaycan Rusiyadan yeni helikopterlər almağı planlaşdırır

Azərbaycan və Rusiya yeni helikopterlərin alqı-satqısına dair danışıqlar aparır.

Bu barədə “AzeriDefence”ə ekskliziv olaraq “Rusiya Vertolyotları” şirkətindən məlumat verilib.

Hazırda tərəflərin müzakirə masasında Ka-226 və Mi-17V-5 hərbi və “Ansat” helikopterinin təcili tibbi yardım üçün konfiqurasiya olunmuş versiyasına baxılır.

Cari ilin sonuna qədər tərəflər arasında alqı-satqı müqaviləsinin imalanması nəzərdə tutulur.

Bununla yanaşı, tərəflər birlikdə 2020-ci ilin sonlarından etibarən Azərbaycanda Mi-8/Mi-17 helikopterlərinin müasirləşdirməsi layihəsinə başlayacaqlar.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş