Azərbaycan silahları ikinci dəfə Parisdə nümayiş etdiriləcək

Azərbaycan silahları ikinci dəfə Parisdə nümayiş etdiriləcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) 2020-ci ilin iyun ayında Paris şəhərində keçiriləcək “Eurosatory-2020” beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulur.

“AzeriDefence”nin məlumatına görə, bununla nazirlik ikinci dəfə “Eurosatory” sərgisinin iştirakçısı olacaq.

Bundan əvvəl MSN 2018-ci ildə “Eurosatory” sərgisində iştirak edib.

“Eurosatory-2020” sərgisi 8-12 iyun 2020-ci il tarixlərində keçriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş