Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür.

“Azeri Defence”nin məlumatına görə, 102 il əvvəl keşməkeşli bir dövrdə – 1918-ci il iyun ayının 26-da Gəncədə “Müsəlman korpusu”nun 600 nəfərlik şəxsi heyətinin əsasında yaradılmış Azərbaycan Silahlı Qüvvələri Qafqaz İslam Ordusunun qüvvələri ilə birlikdə Kürdəmir, Göyçay, Salyanda bolşevik-daşnak qüvvələrinə qarşı uğurlu döyüş əməliyyatları aparmış, Bakının, Əsgəranın azad edilməsi, Muğanda üsyanın yatırılmasında qəhrəmanlıq göstərmişdi.

1920-ci ilin aprelində bolşevik işğalına qarşı Yalamada, Gəncədə, Qarabağda və ayrı-ayrı bölgələrdə ordu hissələrinin dirənişləri qısa müddətə yatırılsa da Azərbaycan Ordusu öz sözünü demiş, zabit və əsgərləri vətəni üçün son nəfəsədək savaşmışdır.

1991-ci ilin sentyabrında Müdafiə Nazirliyi, oktyabr ayının 9-da isə ilk hədbi hissə yaradılmış, qısa müddət sonra yeni yaradılan hərbi hissələr Qarabağda döyüşlərdə iştirak etmişdir.

Bu gün Azərbaycan Ordusu özünün şəxsi heytinin döyüş qabiliyyətinə, ruh yüksəkliyinə, maddi-texniki bazasına, silahlanmanın tərkibinə və keyfiyyətinə görə, Cənubi Qafqazda lider olmaqla bərabər, dünyanın ən güclü ordularının reytinqində ön sıralarda dayanır.

Silahlı Qüvvələr Günü münasibəti ilə AZERİ DEFENCE jurnalının kollektivi adından Azərbaycan xalqını, Silahlı Qüvvələrimizin əsgər və zabitlərini, qazilərini, veteranlarını təbrik edirik!

Allah hər zaman ordumuzu müzəffər etsin!

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş