Azərbaycan “SkyStriker”in yeni versiyasını alıb

Azərbaycan “SkyStriker”in yeni versiyasını alıb

Azərbaycan İsrailin “Elbit Systems” şirkətindən “SkyStriker” kamikadze pilotsuz uçuş aparatının (PUA) yeni versiyasını alıb.

“Azeri Defence”nin məlumatına görə, Vətən müharibəsində geniş istifadə olunmuş yeni “SkyStriker”lər dekabrın 10-da Bakı şəhərində keçirilmiş hərbi paradda “Cobra” zirehli transportyorunun üzərində nümayiş etdirilib.

Adıçəkilən kamikadze PUA-nın ilk istifadəçisi 2018-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti olub. “SkyStiriker”in təkmilləşdirilməsi də məhz DSX-nin təşəbbüsü ilə həyata keçirilib.

“SkyStriker”in 5 və 10 kq ağırlığında döyüş başlığı daşıyan iki nümunəsi var.

Yeni variantın quyruq hissəsində uçuş zamanı stabilləşməyə imkan verən X formalı quyruq sükan tətbiq olunub.

PUA-nın qanad və füzelyajının dizaynında da müəyyən dəyişikliklər edilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş