Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində final mərhələsinə yüksəlib

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində final mərhələsinə yüksəlib

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları final mərhələsinə yüksəlib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş