Azərbaycan tankçıları “Tank biatlonu” yarışlarının ilk günündə uğurla çıxış ediblər – VİDEO

Azərbaycan tankçıları “Tank biatlonu” yarışlarının ilk günündə uğurla çıxış ediblər – VİDEO

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları yarışların ilk günündə uğurla çıxış ediblər.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat idmətindən məlumat verilib.

Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.

“Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş