Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin növbəti mərhələsi keçirilib – FOTO/VİDEO

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin növbəti mərhələsi keçirilib – FOTO/VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Təlimlər davam edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş