Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü keçirilib

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü keçirilib

Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü keçirilib.

Bu barədə Azeri Defence saytı “Anadolu Ajansı”na istinadən məlumat verib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal ilə Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyib.

Yüksək Səviyyəli Müşahidəçi gününün tamamlanmasından sonra Milli Müdafiə naziri Hulusi Akar təlimlərdə iştirak edən hərbçilərlə görüşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş