Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş