Azərbaycan və Pakistan arasında əməkdaşlıq haqda saziş imzalanıb

Azərbaycan və Pakistan arasında əməkdaşlıq haqda saziş imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən “Azeri Defence”ə verilən məlumata görə, Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən Pakistanın XİN başçısı ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin hər zaman dəstəklədiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər “Azərbaycan Respublikası Höküməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş”i imzaladılar.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş