Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 ədəd mina və 2 ədəd PHS zərərsizləşdirilib – FOTO/VİDEO

Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 ədəd mina və 2 ədəd PHS zərərsizləşdirilib – FOTO/VİDEO

Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN Mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş