Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Gəncə şəhəri üzərində birgə uçuşlar keçirəcək

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Gəncə şəhəri üzərində birgə uçuşlar keçirəcək

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş