Azərbaycan və Türkiyə vətəndaşları Çindən hərbi təyyarə ilə təxliyə ediləcək

Azərbaycan və Türkiyə vətəndaşları Çindən hərbi təyyarə ilə təxliyə ediləcək

Çində koronavirus infeksiyasının yayılmağa başladığı Vuhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus uzaq mənzilli A400M tipli hərbi nəqliyyat təyyarəsi ilə təxliyə ediləcək.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Türkiyənin Səhiyyə Nazirliyi bildirib ki, Çinin Vuhan şəhərindən Türkiyə və Azərbaycan vətəndaşlarının gətirilməsi üçün hazırlıqlar tamamlanıb. Vətəndaşların karantin zonası olan Vuhandan təxliyəsi üçün Çin hökuməti ilə danışıqlar aparılıb və lazımi icazələr alınıb.

A400M hərbi nəqliyyat təyyarəsinin təxliyə üçün təcili yardım təyyarəsinə çevrildiyini bildirən Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca vətəndaşlarda hansısa xəstəlik əlamətləri olmadığını deyib: “Bununla birlikdə ilk sağlamlıq müdaxiləsi komandalarımız tərəfindən Vuhan hava limanında həyata keçiriləcəkdir. Təyyarədə ictimai səhiyyə mütəxəssisi də olacaq.

Pilotdan tibbi heyətə və vətəndaşlara qədər hər kəs xüsusi bir paltar geyəcəkdir. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və sağlamlıq qrupu 14 gün ərzində karantin altında tutulacaq”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş