Azərbaycan və Türkiyənin Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan və Türkiyənin Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Avqustun 13-də Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş