Azərbaycan və Türkiyənin Müdafiə nazirləri təlimi izləyiblər

Azərbaycan və Türkiyənin Müdafiə nazirləri təlimi izləyiblər

Azərbaycan və Türkiyənin Müdafiə nazirlərinin rəhbərliyi altında nümayəndə heyətləri Azərbaycan-Türkiyə döyüş atışlı taktiki təlimləri müşahidə ediblər.

Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Əvvəlcə nümayəndə heyətinə təlim barədə brifinq verilib. Daha sonra təlim başlayıb. Təyin edilən hədəflər öncə tankların və artilleriya vasitələrinin atəşi ilə məhv edildikdən sonra Türkiyə Silahlı Qüvvələrinin T-129 ATAK və Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri və döyüş təyyarələri hədəflərə havadan zərbə endirərək məhv edib. Daha sonra əraziyə hava desantı endirilərək ələ keçirilib.

Təlimdə yaralı əsgərlərin döyüş meydanından helikopterlə təxliyyəsi ssenariləri də icra olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş