Azərbaycan və Türkiyənin Pakistandakı hərbi attaşelərinin görüşü keçirilib

Azərbaycan və Türkiyənin Pakistandakı hərbi attaşelərinin görüşü keçirilib

Türkiyə Respublikasının Silahlı və Dəniz Qüvvələrinin Pakistana yeni təyin olunmuş hərbi attaşeləri briqada generalı Mehmet Süha Öztekin və I dərəcli kapitan Göksel Ortamevzi Azərbaycanın Pakistandakı Səfirliyini ziyarət ediblər.

Bu barədə Azeri Defence saytı Azərbaycanın Pakistandakı Səfirliyinə istinadən məlumat verib.

Türkiyənin hərbi attaşeləri Azərbaycanın Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov arasında görüş olub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş