“Azərbaycan Zəfəri” və “Qarabağ Azərbaycandır!” miniatür kitabları nəşr olunub

“Azərbaycan Zəfəri” və “Qarabağ Azərbaycandır!” miniatür kitabları nəşr olunub

Miniatür Kitab Muzeyi tərəfindən “Azərbaycan Zəfəri” miniatür kitabı nəşr edilib.

“Azeri Defence”nin məlumatına görə, 100 nüsxə ilə çap olunmuş kitab 280 səhifədən ibarətdir. kitabın forzasında Azərbaycanın Bayrağı və Gerbi əks olunub. Üç dildə – Azərbaycan ingilis və rus dillərində oxuculara təqdim olunan kitabda 19 rəngli foto verilib. Kitabda Prezident İlham Əliyevin üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il) imzalanması zamanı xalqa müraciətinin mətni yer alıb.

Dövlət başçısının ad gününə hədiyyə olaraq Miniatür Kitab Muzeyi iki cilddə “Qarabağ Azərbaycandır!” adlı kitablar da nəşr etdirib. Hər iki cild 100 nüsxə ilə Azərbaycan dilində işıq üzü görüb. 352 səhifədən ibarət birinci cilddə 7 rəngli foto, 288 səhifədən ibarət ikinci cilddə isə 10 rəngli foto verilib.

Kitabların forzasında Azərbaycanın xəritəsi verilib. Kitablarda Prezident İlham Əliyevin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zamanı xalqa müraciətləri (27 sentyabr-8 noyabr və 20 noyabr-1 dekabr 2020-ci il) yer alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş