Azərbaycanda Fransanın THALES şirkəti ilə birlikdə istehsal sahəsi yaradılır – ÖZƏL

Azərbaycanda Fransanın THALES şirkəti ilə birlikdə istehsal sahəsi yaradılır – ÖZƏL

Fransanın “Thales İnternational” şirkəti Azərbaycanla mülki və hərbi aviasiya sahəsində yeni layihələri nəzərdən keçirir.

Bu barədə “AzeriDefence” jurnalına açıqlamasında  “Thales”in Azərbaycan nümayəndəliyinin direktoru Mehmet Şahan bildirib.

Mehmet Şahanın sözlərinə görə, “Hava hərəkətinin idarə olunması sahəsində “Thales”in Azərbaycanda əsas böyük müştərisi “Azərbaycan Hava Yolları” (AZAL) aviadaşıyıcı şirkətidir. Bu sahədə “Thales”in AZAL şirkəti ilə indiyədək bir neçə müqaviləsi olub. Prezident İlham Əliyevin 2019-cu ilin iyulunda Fransaya səfəri çərçivəsində AZAL ilə “Thales” arasında növbəti müqavilə imzalanıb.

““Thales” Azərbaycanda təkcə bir nümayəndəliklə deyil, daha aktiv fəaliyyət göstərmək, bura yeni texnologiyalar, yeni ideyalar gətirmək fikirindədir”, – deyən şirkət rəhbərinin sözlərinə görə, Parisdə imzalanmış müqavilələr çərçivəsində Azərbaycan tərəfi ilə birlikdə onların mövcud avadanlıqlarına texniki dəstək göstərilməsi və gələcəkdə lazım olan avadanlıqların Azərbaycanda yığımı nəzərdə tutulur.

Müqavilə çərçivəsində Fransada istehsal olunan məhsulların, o cümlədən mülki təyinatlı radarların komponentlər şəkilində Azərbaycana gətirilərək Bakıda yığımı düşünülür. Həmçinin, AZAL-ın əldə etdiyi avadanlıqlara komponent səviyyəsində təmir-servis xidmətləri göstəriləcək.

Sonrakı mərhələdə ətraf regionlardan tələb olunan avadanlıqların Bakıda yığılıb ixracı düşünülür.

Şirkət rəsmisi “Thales”in Azərbaycanın Müdafiə Nazirliyi ilə  müqavilə imzalamış ilk fransız şirkəti olduğunu deyib.

Qeyd edək ki, hərbi və mülki sektorda fəaliyyət göstərən Fransanın “Thales İnternational” şirkətinin illik dövrüyəsi təqribən 20 milyard avro təşkil edir. 2018-ci ildə hazırlanmış reytiqində (Defense News Top-100) “Thales” dünyanın ən böyük müdafiə sənayesi şirkətləri sırasında 9-cu, 2019-cu ildə isə 16-cı yerdə qərarlaşıb. Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti siyahısında yer alan Avropa qitəsindən 5-ci ən böyük şirkətdir. 2018-ci ildə “Thales”in dövriyəsinin təqribən 8.5 milyard avrosu hərbi məhsulların payına düşüb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş