Azərbaycanda ilk: İDRAK şirkətindən ambulans dron – FOTOLAR

Azərbaycanda ilk: İDRAK şirkətindən ambulans dron – FOTOLAR

Azərbaycanın “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən xəsarət alanların təxliyyəsi əməliyyatları üçün ambulans dron hazırlanır.

Azeri Defence saytının məlumatına görə, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip yaradılma mərhələsindədir.

Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyyəsi, habelə mülki və hərbi yüklərin keçilməz ərazilərə nəqli üçün nəzərdə tutulur.

Qeyd edək ki, hazırda “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı işlənilir.

Azeri Defence həmin dronun fotolarını təqdim edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş