Azərbaycanda özəl şirkətlərin müdafiə sənayesində fəaliyyətləri dəstəklənəcək

Azərbaycanda özəl şirkətlərin müdafiə sənayesində fəaliyyətləri dəstəklənəcək

Azərbaycanda özəl sektorun müdafiə sənayesində fəaliyyətinin artırılması məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə baxılır.

Bu barədə Azeri Defence saytına hökumətdəki mənbələrdən məlumat verilib.

Ölkənin xaricdən hərbi-texniki asılılığını azaltmaq məqsədi ilə ehtiyac duyulan bir sıra cihaz və avadanlıqların, sistem həllərinin, proqram təminatının yerli istehsalının təşkilinə özəl sektor şirkətlərinin cəlbi nəzərdə tutulur.

Hazırlanan təkliflərdə sektor şirkətlərinə lisenziyaların verilməsi, bir sıra ehtiyac duyulan avadanlıqların istehsalının Dövlət Müdafiə Sifarişi Proqram əsasında yerli şirkətlərə həvalə edilməsi, tək dövlət müəssisələrinin deyil, özəl sektor şirkətlərinə də məhsul və sistem həllərinin yaradılması işlərinin tapşırılması və bu yaradılma proqramlarının maliyyələşdirilməsi, startapların elan edilməsi  və s. məsələlər əksini tapır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş