Azərbaycandakı hərbi attaşelər ANAMA-nın təlim bazasında olublar

Azərbaycandakı hərbi attaşelər ANAMA-nın təlim bazasında olublar

Martın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional təlim bazasına səfəri olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətində məlumat verilib.

Səfərin əsas məqsədi Agentliyin həm ölkə daxilində, həm də beynəlxalq çərçivədə həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı tanış olmaq olub.

Səfər çərçivəsində ANAMA-nın Göygöl regional təlim bazasında xarici nümayəndələrə Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu (TTKT) tərəfindən tədris edilən təlim kurslarının fəaliyyətini əks etdirən prezentasiya təqdim olunub, təlim avadanlıqları üzrə sərgi təşkil olunub.

Bununla yanaşı regional təlim bazasının yaxınlığında hazırlanmış xüsusi təlim sahəsində Agentliyin minaaxtaranları tərəfindən əl ilə minatəmizləmə, xüsusi təlim keçmiş minaaxtaran itlərin (MAİ) şübhəli əşyanın tapılması və Mexaniki Minatəmizləmə Maşınlarının (MMM) işləmə fəaliyyəti nümayiş olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş