Azərbaycandan nümayəndə heyəti “Armiya-2020” forumunda iştirak edəcək

Azərbaycandan nümayəndə heyəti “Armiya-2020” forumunda iştirak edəcək

Rusiyanın Moskva vilayətində avqustun 23-dən 29-dək keçiriləcək “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda Azərbaycandan da ziyarətçi qismində nümayəndə heyəti iştirak edəcək.

Bu barədə Azeri Defence saytına “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumun təşkilat komitəsindən məlumat verilib.

“Armiya-2020” forumunda Azərbaycandan hansı qurumların nümayəndə heyətlərinin iştirak edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il keçirlmiş forumda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi stendlə təmsil olunub, eləcə də Müdafiə Nazirliyindən geniş tərkibli nümayəndə heyəti iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş