Azərbaycanın 2021-ci ildə müdafiə xərcləri büdcə xərclərinin 15,3%-ni təşkil edəcək

Azərbaycanın 2021-ci ildə müdafiə xərcləri büdcə xərclərinin 15,3%-ni təşkil edəcək

Gələn il Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə xərclərinin 15,3%-ni və ya 3 milyard 954 milyon manat (2 milyard 326 milyon ABŞ dolları) təşkil edəcək.

Azeri Defence saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”da bildirilib.

“Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci il və orta müddətli dövrdə də davam etdiriləcək”, – deyə açıqlamada qeyd olunub.

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş