Azərbaycanın 75 hərbçisi Moskvada hərbi paradda keçid edəcək

Azərbaycanın 75 hərbçisi Moskvada hərbi paradda keçid edəcək

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil olunacaq.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Paradda Azərbaycan hərbçilərinij yerli istehsal olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş