Azərbaycanın güc strukturlarının fəaliyyətinə aid sənədlərin poçtla göndərilməsi qadağan edilir

Azərbaycanın güc strukturlarının fəaliyyətinə aid sənədlərin poçtla göndərilməsi qadağan edilir

Azərbaycanın Nazirlər Kabineti “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Bu barədə Azeri Defence saytı Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verib.

Qərara əsasən Azərbaycan Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr, Azərbaycandan beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş