Azərbaycanın işğaldan azad olunan rayonlarına komendantlar təyin olunub

Azərbaycanın işğaldan azad olunan rayonlarına komendantlar təyin olunub

Azərbaycanın işğaldan azad olunan rayonlarına komendantlar təyin olunub.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi sosial media hesabında deyilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş