
Azərbaycanın Müdafiə naziri Moskvaya yola düşəcək
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər sentyabrın 6-dək davam edəcək.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Müdafiə Nazirliyi