Azərbaycanlı gənclər “Baykar Makina” şirkətində təcrübə keçəcəklər

Azərbaycanlı gənclər “Baykar Makina” şirkətində təcrübə keçəcəklər

Azərbaycanlı gənclərin “Baykar Makina” şirkətində təcrübə keçmələri nəzərdə tutulur.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar “World Net Summit” beynəlxalq onlayn konfransda çıxışı zamanı deyib.

Selçuk Bayraktar “Türkiye Teknoloji Takımı” inkubasiya mərkəzini yaratdıqlarını söyləyib: “Mərkəzimiz süni intellekt, “Əşyaların interneti”, müasir texnologiyalar sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə gənclərin yeni bilik və bacarıqlar qazanması və yeniliklərə imza atması əsas hədəfimizdir”.

KATEQORIYA:
Bu xəbəri paylaş