“Azərkosmos” 27 ölkəyə 21,5 milyon dollarlıq peyk xidmətləri ixrac edib

“Azərkosmos” 27 ölkəyə 21,5 milyon dollarlıq peyk xidmətləri ixrac edib

“Azərkosmos” ASC tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında dünyanın 27 ölkəsinə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Azeri Defence saytı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumat görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2020-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ-dir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş