“Azərkosmos” BƏƏ-nin “TheAngle” şirkəti ilə müqavilə imzalayıb

“Azərkosmos” BƏƏ-nin “TheAngle” şirkəti ilə müqavilə imzalayıb

“Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən “TheAngle” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə “AzeriDefence”ə “Azərkosmos” ASC-dən məlumat verilib.

Müqaviləyə əsasən “Azərkosmos” və “TheAngle” şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.

Qeyd edək ki, sözügedən şirkət Yaxın Şərq və Avropa regionlarında telekommunikasiya sahəsində genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təklif edir.

”TheAngle” ilə davamlı əməkdaşlığımız peyk bazarında mövcudluğumuzu gücləndirəcək və bizə daha çox müştəriyə xidmət etmək imkanı verəcək”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye bildirib.

“Bu əməkdaşlıq Yaxın Şərqin enerji sektorunda şirkətimizin peyk xidmətləri üzrə etibarlı provayder mövqeyini daha da möhkəmləndirəcək”, – deyə “TheAngle” şirkətinin Baş direktoru Hassam Karim qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş