“Azərkosmos” gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

“Azərkosmos” gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirini minimallaşdırmaq məqsədilə “Azərkosmos” peyk əməliyyatlarının fasiləsizliyi və təhlükəsizliyi tam təmin olunur və gücləndirilmiş iş rejimi davam edir. 

Bu barədə “AzeriDefence”ə “Azərkosmos” ASC-dən məlumat verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus təhlükəsi aradan qalxana qədər hər üç peyki idarə edən peyk mütəxəssislərimiz izolyasiya olunmuş iş mühitində fiziki məsafəni saxlayaraq fəaliyyətlərini davam etdirirlər.

Texniki heyət– peyk operatoru və mühəndislərimiz aralarında mümkün olacaq təması minimallaşdırmaq məqsədilə iki komandaya bölünüb. Birinci komanda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, ikinci komanda isə “Azərkosmos”un  digər ofisində təşkil olunmuş Peyklərin Ehtiyat və Fövqəladə Əməliyyatlarının İdarəolunması Mərkəzində yerləşir. Tez bir zamanda quraşdırılmış ikinci Bakı mərkəzi müstəqil şəkildə peykləri və onların yerüstü sistemlərini idarə etmək və onlara nəzarət etmək funksianallığına malikdir. 

“Azərkosmos”un fövqəladə hallar üçün nəzərdə tutulmuş, Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi də mövcuddur. Qeyd edək ki, “Azərkosmos”un bütün ofisləri və iş otaqları mütəmadi olaraq dezinfeksiya olunur və əməkdaşlar lazımi qoruyucu vasitələrlə tam təmin olunublar.

KATEQORIYA:
Bu xəbəri paylaş