“Azərkosmos” ötən ay 19 ölkəyə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib

“Azərkosmos” ötən ay 19 ölkəyə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib

2020-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Azeri Defence saytının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumat görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş