“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən və televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb.

Bu barədə Azeri Defence saytına “Azərkosmos” ASC-dən məlumat verilib.

“Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək.

“ViewMedia”’ şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksək keyfiyyətli infrastrukturu vasitəsilə video məzmunun asanlıqla daşıyıcılara paylanılmasını həyata keçirir.

“Viewmedia” şirkətinin yüksək texnoloji yerüstü yayım şəbəkələri müştərilərimiz üçün “Azerspace-1” peykinin resurslarının səmərəli istifadəsini təmin edəcək”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Bu əməkdaşlıq bizə xüsusilə Afrika regionunda milyonlarla izləyicimizə baxımlı kanalların fasiləsiz olaraq çatdırılmasına imkan yaradacaq”, – deyə “Viewmedia” şirkətinin Kommersiya direktrou Safiya Rana bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş