Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun nümayəndələri Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kiber təhlükəsizlik üzrə təcrübə mübadiləsi, Oberammerqau şəhərində (Almaniya) “Döyüş hazırlığının qiymətləndirilməsi” kursu və Ankara şəhərində (Türkiyə) “Silahlı münaqişə hüququ” kursunda iştirak edirlər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş